`Dağlıq Qarabağ məsələsi Rusiya üçün prioritetdir` - Zaxarova
21:13 17 Avqust 2017
"Rusiya hər zaman Dağlıq Qarabağ zonasında gərginliyin azaldılmasına yönəlmiş tədbirləri dəstəkləyib".
Femida.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, bu istiqamətdə konkret addımların atılmasının vacibliyi birmənalı olaraq dəfələrlə həmsədrlər tərəfindən vurğulanıb: “Bunun vacibliyi 2016-cı ilin mayında Vyanada və iyununda Sankt-Peterburqda keçirilən sammitlərdə qeyd edilib. Vasitəçilər tərəfindən təklif edilən tədbirlərin reallaşdırılması münaqişə tərəflərinin iradəsindən asılıdır. Öz tərəfimizdən biz vəziyyətin stabilləşməsi, münaqişənin həlli istiqamətində aparılan danışıqlar prosesin davam etdirilməsi üçün hər şeyi edirik Məhz bu yanaşma Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin bu ilin aprelində Moskvada keçirilən görüşündə üstünlük təşkil edib".
M. Zaxarova qeyd edib ki, hazırda həmsədrlər prezidentlərin növbəti görüşünün təşkili üzərində işləyirlər: "Bu məsələ bağlı iyul ayında onlar Brüsseldə xarici işlər nazirləri ilə danışıqlar aparıblar. Məsləhətləşmələr sentyabrın ikinci yarısında BMT Baş Assambleyasının sessiyası çərçivəsində davam edəcək və bunun sonunda müvafiq bəyanat veriləcək. Rusiyada Dağlıq Qarabağ məsələsinə xüsusi diqqət ayrılır. Bu məsələ bizim xarici siyasət prioritetlərimizə aiddir”.
Femida.az
Oxunub: 1109
Oxşar xəbərlər
- `Dağlıq Qarabağ mövzusunda təhdidlə qarşılaşa bilərik` - Erməni deputat
- `Dağlıq Qarabağda yetişdirilən narkotik Avropaya daşınır` - Ziyafət Əsgərov
- `Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur` - Stoltenberq
- `Dağlıq Qarabağ problemini yalnız Rusiya həll edə bilər` - Ərdoğan
- `Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir` - Prezidenti
- `Dağlıq Qarabağ məsələsində Azərbaycanın yanındayıq`- Pakistandan dəstək
- `Dağlıq Qarabağ problemi dondurulmuş münaqişə deyil, işğaldır`- Fransalı senator
- `Dağlıq Qarabağ digər münaqişələrdən fərqlənir` - Amerikalı həmsədr
- `Dağlıq Qarabağ problemi çox uzandı` - ABŞ səfiri
- `Dağlıq Qarabağ bizim daxili işimizdir` - İlham Əliyev